Şəmkir sakinini maşın vurub

Şəmkir sakinini maşın vurub
# 18 avqust 2020 08:40 (UTC +04:00)

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, minik maşını yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Əsədov Ceyhun Ələkbər oğlunu vurub.

C. Əsədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR