Sumqayıt sakinindən 3 kq heroin götürülüb

Sumqayıt sakinindən 3 kq heroin götürülüb
# 28 avqust 2020 12:09 (UTC +04:00)

Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “VAZ-21093” markalı avtomobil 6 saylı qəsəbənin ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, sürücü, İmişli rayon sakini N.Fəttahlı və həmyerliləri olan sərnişinləri E.Şahbazov, S.Həsənli və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məhərrəmov polis əməkdaşları tərəfindən RPŞ-yə gətiriliblər.

Əməliyyat-axtarış tədbirləri ilə avtomobilə baxış zamanı K.Məhərrəmova məxsus çantadan 3 kiloqram 70 qram heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR