Sumqayıtda 15 yaşlı qız itkin düşüb - FOTO

Sumqayıtda 15 yaşlı qız itkin düşüb - FOTO
# 12 avqust 2020 11:58 (UTC +04:00)

Sumqayıtda 15 yaşlı qız itkin düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, 17-ci mikrorayon sakini, 15 yaşlı Abbaszadə Zəhra Turab qızı avqustun 9-da evdən çıxaraq bir daha geri qayıtmayıb. O, evdən çıxarkən bəzi geyim əşyalarını da özü ilə götürüb. Valideynləri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Onu görən şəxslərdən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə müraciət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR