Tovuzda həmyerlisini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Tovuzda həmyerlisini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
# 27 avqust 2020 09:15 (UTC +04:00)

Tovuzda həmyerlisini bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, saxlanılan şəxs Qovlar şəhər sakini, 2002-ci il təvəllüdlü İbrahimov Nural Tahir oğludur.

***

22:50

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kirən kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü İsayev Elnur Cəmil oğlu kürək nahiyəsinin və qolunun bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 24 yaşlı gənc tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR