Vətəndaşların sosial şəbəkə vasitəsilə Baş Prokurorluğa müraciəti əsasında cinayət işi başlanılıb

Vətəndaşların sosial şəbəkə vasitəsilə Baş Prokurorluğa müraciəti əsasında cinayət işi başlanılıb
# 31 avqust 2020 12:11 (UTC +04:00)

Xəbər verildiyi kimi, vətəndaşların müraciətlərinin operativ həlli, aşkarlıq və müraciətlərə baxılması zamanı çevikliyin təmin olunması məqsədilə Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilir.

Baş Prokurorluöğun mətbuat xidmətindən APA-ya verilən məlumatqa görə, sessiya zamanı daxil olmuş müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarə və şöbələrə təqdim olunur.

Avqustun 28-də keçirilmiş növbəti sessiya zamanı “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

Həmin müraciətlər Baş prokuror tərəfindən nəzarətə götürülməklə “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın qanunsuz hərəkətləri barədə daxil olmuş ərizələr əsasında Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılmış araşdırma nəticəsində toplanmış material əsasında 31 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır, qanun pozuntularına yol vermiş və cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Nəticə barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR