Xaçmazda evdən 6 min manatlıq oğurluq olub

#
# 11:43
16 aprel 2021

Xaçmazda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayon ərazisindəki evlərin birindən 4500 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini A.Məmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR