Xaçmazda evlərdən 7 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Xaçmazda evlərdən 7 min manatlıq oğurluq edən şəxs saxlanılıb
# 27 avqust 2020 12:32 (UTC +04:00)

Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 889 manat pul, 6100 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Süleymanov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR