Xızıda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB-1

Xızıda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB-1
# 27 avqust 2020 20:12 (UTC +04:00)

Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə 300 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub.

Yanğın saat 18:40 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunmuşdur.

***

14:34

Fövqəladə Hallar Naziriyinin "112" qaynar telefon xəttinə Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ounub. Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

***

13:56

Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR