Zərdabda qoyun oğruları tutulub - VİDEO

Zərdabda qoyun oğruları tutulub - VİDEO
# 29 aprel 2021 10:43 (UTC +04:00)

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xirdabuynuzlu heyvanlar oğurlayan şəxslər müəyyən edilərək saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, Zərdab rayon Gödəkqobu kənd sakini olan bir nəfər rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini Nurlan Əzizov və Qazax rayon sakini Amil Yolçuyev saxlanılıblar.

Araşdırmalarla onların 8 baş qoyun oğurlamaqla vətəndaşa 1200 manat civarında ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR