Abşeronda avtomobil aşıb, ölən və yaralananlar var - FOTO - VİDEO

Abşeronda avtomobil aşıb, ölən və yaralananlar var - <span class="red_color">FOTO</span> - <span class="red_color">VİDEO</span>
# 19 may 2021 00:32 (UTC +04:00)

Bakı-Şamaxı şossesində qəza zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi şossenin Atyalı yaşayış massivinə düşən ərazisində qeydə alınıb.

Ağayev Elnur Fikrət oğlu 99-EF-564 dövlət nişanlı “Nissan” markalı avtomobili idarə edərkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi maneəyə çırpılaraq aşıb. 

Qəza nəticəsində sürücünün bacısı - sərnişin, 1992-ci il təvəllüdlü Səlimova Sürəyya Mirsadiq qızı hadisə yerində ölüb. Sürücü E.Ağayev və onun xalası oğlu sərnişin Nicat Məmmədov ağır bədən xəsarətləri alıb. 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR