Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb

işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər saxlanılıb

© APA | işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər saxlanılıb

# 12 may 2021 09:36 (UTC +04:00)

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, mayın 11-də Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR