Bakıda 40 yaşlı kişi intihar edib

Bakıda 40 yaşlı kişi intihar edib
# 17 may 2021 14:52 (UTC +04:00)

Bakı şəhər sakini intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR