Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb - FOTO

Zaqatalada qəzaya uğrayan mikriavtobus

© APA | Zaqatalada qəzaya uğrayan mikriavtobus

# 09 may 2021 18:41 (UTC +04:00)

Bakıdan Zaqatalaya gedən “Mersedes Bens VİTO ” markalı mikroavtobus qəzaya uğrayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini, Şahin Əflatun oğlu Əlixanovun idarə etdiyi “Mersedes Bens VİTO ” markalı, 99 SC 071 dövlət nömrə mikroavtobus ilə Bakıdan Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın aşıb. Qəza baş verən zaman avtomobildə sürücü və 5 nəfər sərnişin olub.

Qəza zamanı xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR