Doqquz il əvvəl yol qəzasında ölən şəxsin kimliyi araşdırılır - FOTO

Doqquz il əvvəl yol qəzasında ölən şəxsin kimliyi araşdırılır - FOTO
# 16 may 2021 10:42 (UTC +04:00)

Doqquz il əvvəl yol qəzasında ölən şəxsin kimliyi araşdırılır.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, 19 noyabr 2012-ci ildə Bakı-Qazax avtomagistral yolunun 423-cü kilometrliyində avtomobil naməlum piyadanı vurub, piyada aldığı xəsarətdən Tovuz rayon Mərkəzi Xəstəxanasında ölüb.

O zaman piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belə olub: yaşı 48-52 arası, orta bədən quruluşlu, saçları qaradır.

Əynində qara manto, qara rəngli pencək, qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-94; (050) 237-81-81 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR