Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başa çatıb - FOTO - YENİLƏNİB-1

Zakir Həsənov, Cuanşer Burçuladze, Hulusi Akar

© APA | Zakir Həsənov, Cuanşer Burçuladze, Hulusi Akar

# 05 oktyabr 2021 14:54 (UTC +04:00)

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın Müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.
Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Sonda danışıqların yekununa dair protokol imzalanıb.

***

13.28

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, nazirlər görüşün protokolunu imzalayıblar.

Müdafiə nazirlərinin mətbuata birgə açıqlaması gözlənilir.

***

saat 12:30

Gürcüstanın Kaxeti rayonunda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze iştirak edir.

Görüşdə regional təhlükəsizlik məsələləri, ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, hərbi təlimlərdə birgə iştirak məsələləri müzakirə edilir.

Görüşdən sonra müdafiə nazirlərinin mətbuata birgə açıqlaması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR