Azərbaycan hərbçisi Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib - RƏSMİ

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 26 avqust 2021 11:56 (UTC +04:00)

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Qeyd edək ki, Ermənistan mətbuatında Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR