Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların buraxılış mərasimi keçirilib - FOTO - YENİLƏNİB - VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların buraxılış mərasimi keçirilib - <span class="red_color">FOTO - <span class="red_color">YENİLƏNİB - <span class="red_color">VİDEO

© APA | Cəmşid Naxçıvanski adına hərbi liseydə buraxılış

# 19 iyun 2021 10:07 (UTC +04:00)

Cəmşid Naxçıvanski adına hərbi liseydə 2021-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

APA-nın məlumatına görə, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov tədbiri açıq elan edib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib,  Azərbaycanın Dövlət Himni oxunub.

Liseyin 50-ci illik yubileyinin keçiriləcəyi ilə təsadüf edən 49-cu buraxılış həm də Zəfərdən sonra ilk buraxılışdır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaranması tarixindən danışan general-mayor Bəkir Orucov deyib ki, yalnız Heydər Əliyev nə vaxtsa SSRİ-nin parçalanacağını, müstəqil Azərbaycana sərhədlərini, ərazi bütövlüyünün qorumaq üçün ordu lazım olacağını proqnozlaşdıra bilərdi: “SSRİ rəhbərli bu liseyin yaradılmasına imkan vermirdi, bildirilirdi ki, SSRİ-nin müxtəlif şəhərlərində belə məktəblər var. Ancaq Heydər Əliyev bütün bu çətinlikləri dəf etdi və 1971-ci ildə bu hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycan müstəqilliyini qazanan zaman Vətənin ağır günlərində SSRİ qoşunlarında xidmət edən bu liseyin məzunları ölkəyə qayıtdılar və Ordu quruculuğunda, Vətənin müdafiəsində yaxından iştirak etdilər. Bu liseyin böyük döyüş yolu var, 20-dən çox general, bir admiral yetişdirib. 11 Milli Qəhrəman və Vətən müharibəsində 18 Vətən Müharibəsi Qəhrəmanımız olub, liseyin yüzlərlə məzunu ən ali orden və medallarla təltif edilib”.

Hərbi Liseyin rəisi 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən bir neçə amil olduğunu vurğulayıb: “Birinci amil  Ali Baş Komandan İlham Əliyevin Ordumuza rəhbərliyidir. Ali Baş Komandan qətiyyət, möhkəm iradə sərgilədi. Eyni zamana bu liseyin yetişdirmələri olan zabitlər, generallar əsgərlərimizlə uğurlu döyüş əməliyyatlarını həyata keçirdilər. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlərimizin sırasında əsgər, gizir və zabitlər var. Demək olar ki, zabitlərlə şəhid olan əsgərlərimizin sayı bərabərdir. Çünki zabitlərimiz, polkovniklərimiz, generallarımız özləri belə döyüşləri atılmışdılar. Bunların nəticəsində bu Zəfər əldə edildi. 1992-1993-cü illərdə ayaqyalın, başıaçıq öz doğma yurdlarından köçkün düşmüş o uşaqları bu liseydə müəllimlərimiz yetişdirdi və bu günləri onlar general, polkovnik rütbəsində Şuşanı işğaldan azad edənlər sırasındadırlar. Bu gün o generallar, polkovniklər, kapitanlar, bu liseyin yetişdirdiyi kadrlar Vətən müharibəsi qəhrəmanlarıdırlar”.

Kursantları təbrik edən general-mayor Bəkir Orucov bu buraxılışın liseyin 50 illik yubileyi ərəfəsinə təsadüf etdiyini və Zəfərdən sonra ilk buraxılış olduğunu vurğulayıb: “Kursantlarımızın hər birinə ən ali rütbə – general rütbəsini arzulayıram. Müəllimlərə də təbrik edirəm. Liseydə 25-30 ildir ki, dərs deyən müəllimlərimiz var.  Bu gün bura dəvət etdiyimiz Vətən müharibəsi qəhrəmanları ilə görüşən müəllimlərimiz də fəxr edir. O generalları, Vətən müharibəsi qəhrəmanlarını bu müəllimlər və valideynləri yetişdirib”.

Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov kursantlara uğurlar arzulayıb.

Daha sonra kursantlar çıxış ediblər.

Tədris və intizamda fərqlənən kursantlara, həmçinin digər məzunlara mərasimdə attestat, döş nişanları və məzun albomları təqdim olunub, Mübariz İbrahimov adına idman yarışlarında uğur qazanmış kursantlara hədiyyələr təqdim olunub, yaş kötüyünə buraxılışın rəmzi xatirə lövhəsi vurulub, liseyin döyüş bayrağının təhvil-təslimi keçirilib.

Kursantlar təntənəli marşla keçdikdən sonra hərbi liseyin döyüş bayrağı aparılıb və son zəng çalınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR