İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə başlayır

İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə başlayır
# 30 sentyabr 2021 12:01 (UTC +04:00)

İran Silahlı Qüvvələrinin Quru Qoşunları sabahdan ölkənin şimal-qərb bölgəsində təlimlərə başlayacaq.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.

Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq.

K. Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır.

O qeyd edib ki, İran Silahlı Qüvvələri ölkənin müxtəlif bölgələrində xüsusi proqram əsasında məlum təqvimlərdə təlimlər keçirir.

Təlimlərin neçə gün davam edəcəyi qeyd olunmayıb.

Qeyd edək ki, İranın şimal-qərb bölgəsi Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR