Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb - VİDEO

Laçında Azərbaycan-Türkiyə birgə təlimi

© APA | Laçında Azərbaycan-Türkiyə birgə təlimi

# 11 sentyabr 2021 15:06 (UTC +04:00)

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR