Müdafiə naziri: "Vətən müharibəsində Türkiyə istehsalı silah, avadanlıq və müasir mərmilərdən istifadə etdik"

Zakir Həsənov

© APA | Zakir Həsənov

# 09 noyabr 2021 12:49 (UTC +04:00)

"Vətən müharibəsi zamanı Azərbaycan ordusu Türkiyə istehsalı silah, avadanlıq və müasir mərmilərdən istifadə edib".

APA-nın məlumatına görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla keçirilən mətbuat konfransında deyib.

Nazir son illər Türkiyə hərbi-sənayesinin çox inkişaf etdiyini bildirib: "Əgər kimsə fikirləşirsə, biz tək pilotsuz aparatlardan istifadə etmişik, bu, belə deyil. Müharibə zamanı biz toplardan, raketlərdən, dəqiq vuran mərmilərdən, dronlara qarşı mübarizə aparan avadanlıqlardan və ən müasir "Bayraqdar"lardan da istifadə etdik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR