Tərtər-Goranboy istiqamətində yeni yolların çəkilməsi zamanı 638 mina zərərsizləşdirilib

Tərtər-Goranboy istiqamətində yeni yolların çəkilməsi zamanı 638 mina zərərsizləşdirilib
# 02 dekabr 2021 15:15 (UTC +04:00)

Noyabrın 22-dən dekabrın 2-dək yalnız Tərtər-Goranboy rayonları istiqamətində yeni yolların çəkilməsi zamanı zərərsizləşdirilən minaların sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, yeni yolların çəkilməsi zamanı qarşı tərəfdən qurulmuş Ermənistan istehsalı olan 537 ədəd piyada əleyhinə, 101 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR