Türkiyədən alınmış "MEMATT" tipli 10 texnika işğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsinə cəlb olunub - VİDEO

Türkiyədən alınmış "MEMATT" tipli 10 texnika işğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsinə cəlb olunub - <span class="red_color">VİDEO

© APA | Türkiyədən alınmış "MEMATT" tipli texnika ilə mina təmizlənməsi

# 17 iyun 2021 14:14 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında istifadə olunması üçün Türkiyədən "MEMATT" tipli 20 ədəd mexaniki minatəmizləmə texnikasının alınması planlaşdırılır.

APA-nın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə təşkil olunmuş media-turda iştirak edən əməkdaşı xəbər verir ki, bunu Mühəndis Qoşunlarının zabiti, polkovnik Ceyhun Bağırov deyib.

Onun sözlərinə görə, bu texnikanın yarısı artıq ölkəyə gətirilib və işğaldan azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursatlardan təmizlənmə tapşırıqlarını icra edir: “MEMATT həm sürətli hərəkət etdiyinə görə, həm də təhlükəsizlik baxımından effektivdir”.

C. Bağırov ərazilərdə daha çox tank və piyada əleyhinə minalara rast gəlindiyini də bildirib: “Minalar tapıldıqda yerindəcə məhv edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR