Beynəlxalq Muğam Mərkəzinə direktor təyin olunub
26 noyabr 2011 09:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsinə təyinat olub. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın APA-ya verdiyi məlumata görə, nazir Əbülfəs Qarayevin əmri ilə Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edilib. M. Hüseynov noyabrın 28-dən vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin ilk direktoru İbrahim Quliyev 2010-cu il yanvarın 16-da 51 yaşında dünyasını dəyişib. İ. Quliyevin vəfatından sonra bu vəzifə boş qalmışdı.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin ilk direktoru İbrahim Quliyev 2010-cu il yanvarın 16-da 51 yaşında dünyasını dəyişib. İ. Quliyevin vəfatından sonra bu vəzifə boş qalmışdı.
İncəsənət
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
15:20
9 may 2024
Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO
08:06
9 may 2024
Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin qonağı Siyavuş Kərimi olub - FOTO
02:55
8 may 2024
Musiqi məktəblərinə şagird qəbulu başlayıb
14:11
6 may 2024