Bakıda müntəzəm marşrutlarla sərnişindaşıma 12%-dən çox artıb

Bakıda müntəzəm marşrutlarla sərnişindaşıma 12%-dən çox artıb
# 14 may 2024 17:37 (UTC +04:00)

Bu ilin aprel ayında Bakıda müntəzəm marşrut xətləri üzrə 41 539 651 nəfər sərnişin daşınıb.

Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda müntəzəm marşrutlarla 36 912 968 sərnişin daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR