Teymur Mustafayev sabah Cəlilabadda dəfn olunacaq

#
# 19:46
11 iyun 2020

Xalq artisti Teymur Mustafayev sabah Cəlilabadda dəfn olunacaq.

Bu barədə APA- ya müğənni Yusif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Xalq artistinin cənazəsi sabah tezdən doğulduğu Alar kəndinə aparılacaq və orada dəfn ediləcək: "Teymur Mustafayevin həyat yoldaşı və oğlu da orada dəfn olunub. O, onların yanında torpağa tapşırılacaq". 

O, koronavirusdan ölən mərhum xanəndənin xüsusi qayda ilə dəfn edilib-edilməyəcəyindən xəbərsiz olduğunu vurğulayıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR