Dövlət Musiqi Mədəniyyəti Muzeyinin 40 illik yubileyi 18 may - Beynəlxalq Muzeylər Günündə qeyd olunacaq

Dövlət Musiqi Mədəniyyəti Muzeyinin 40 illik yubileyi 18 may - Beynəlxalq Muzeylər Günündə qeyd olunacaq
# 16 mart 2007 09:52 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin fəaliyyətinin 40 illiyi qeyd olunacaq. Bu barədə APA-ya muzeydən məlumat verilib. Yubiley mərasimi 18 may - Beynəlxalq Muzeylər Günündə keçiriləcək. Məlumatda bildirilib ki, tədbirə muzeyin tarixindən və fəaliyyəti dövründə gördüyü işlərdən söz açılacaq. Eyni zamanda muzeydə Azərbaycan mədəniyyətinin və incəsənətinin əks olunduğu fotolar, musiqi alətləri sərgilənəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR