Litva və Azərbaycan birgə mədəni layihələr həyаta keçirəcək

Litva və Azərbaycan birgə mədəni layihələr həyаta keçirəcək
# 09 iyun 2007 10:42 (UTC +04:00)
Litva və Azərbaycanın mədəniyyət nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi üçün həyata keçirilməsi nəzərdə tutulan hazır layihələri var. APA-nın məlumatına görə, bunu Litvanın mədəniyyət naziri Yonas Yuças bildirib. Onun sözlərinə görə, ən yaxın zamanda həyata keçiriləcək layihə qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirəcək. Nazir hazırda nəzərdə tutulan birgə layihələrin təkmilləşdirildiyini bildirib: “Mənə elə gəlir ki, qarşılıqlı əməkdaşlığa dair müqavilələri biz yaxınlarda imzalaya bilərik. Mən hesab edirəm ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin Litvaya səfəri zamanı bu müqavilələri imzalamaq mümkün olacaq. Müqavilədə rəssamların, ictimai xadimlərin, sənətçilərin, musiqi kollektivlərinin səfəri və hər iki ölkənin tanınmış incəsənət ustalarının çıxışı öz əksini tapacaq”. Litvanın görkəmli restavrator və tarixi abidələrin bərpası üzrə mütəxəssislərinin olduğunu bildirən nazir onların təcrübəsinin də Azərbaycanda tətbiqinin uğurlu olacağına əminliyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR