“Dəniz Dostları” Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni layihə həyata keçirəcək

“Dəniz Dostları” Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni layihə həyata keçirəcək
# 24 iyul 2007 13:26 (UTC +04:00)
“Dəniz Dostları” idman və mədəniyyət sahəsindəki gənclər üçün Təhsil Mərkəzi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni layihə həyata keçirəcək. Bu barədə APA-ya “British Council”un mətbuat xidmətindən məlumat verilib. Layihə Azərbaycan, İsrail və Böyük Britaniya gənclərini bir araya gətirərək gənclərə mədəniyyətlərarası razılığın əldə edilməsinə yardım göstərmək, su idman növlərin vasitəsi ilə dil, din və mədəniyyət sərhədlərini aşaraq bu idman növlərini istifadə edərək ətraf mühit problemlərini qaldırmaq, həmçinin gənclərə Olimpiya iddiaları üzərində qurulan layihələri idarə və icra etməyə dəstək vermək məqsədi daşıyır. Layihə çərçivəsində 12-19 avqust tarixlərində İsrail və Böyük Britaniya gəncləri öz tərəf-müqabilləri ilə görüşmək məqsədi ilə Azərbaycana səfər edəcəklər. Görüş zamanı gənclər layihə çərçivəsində gələcək fəaliyyətləri müzakirə edəcək, mədəniyyət tədbirləri keçirəcək və Azərbaycanda mövcud olan su idman növlərini sınayacaqlar. Onlar həmçinin yerli mədəniyyət və adət-ənənələri öyrənmək məqsədi ilə regionlara səfər edəcək, Azərbaycanda yanaşı mövcud olan müxtəlif dinlərə həsr olunan ekskursiyada iştirak etmək imkanı əldə edəcək. Məlumatda bildirilib ki, Azərbaycan, İsrail və Böyük Britaniya gəncləri arasında ilk görüş 1-8 iyul tarixlərində İsraildə keçirilib. Növbəti görüş Böyük Britaniyanın Bolton şəhərində avqustda şəhərində keçiriləcək, layihənin son tədbiri isə 30 avqustda Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək. Qeyd edək ki, “Dəniz Dostları” Cənub-Şərqi Avropa regionunun 10 ölkəsini birləşdirən bir qurumdur. Layihə Azərbaycan, Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, İsrail, Yunanıstan, Makedoniya, Serbiya və Türkiyədə həyata keçirilir. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR