Opera və Balet Teatrında “Aşıq Qərib” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “Aşıq Qərib” operası nümayiş olunacaq
# 17 oktyabr 2016 16:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada baş rollarda xalq artisti Gülyaz Məmmədova (Şahsənəm) və əməkdar artist İlkin Əhmədov (aşıq Qərib) çıxış edəcəklər.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, baletmeysteri SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı Laueratı Qəmər Almaszadə, quruluşçu rəssamı əməkdar incəsənət xadimi Əyyub Fətəliyev, dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Səhnə əsərində əməkdar artist Sabir Əliyev (Şahvələd), Rafiq Abbasov (Mahmud), Laləzar Xəlilzadə (Qəribin anası), Səbinə Vahabzadə ( Qaraca qız), İsmayıl Əkbərov (aşıq Vəli) və digərləri çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR