Azərbaycan "Şərq Tərəfdaşlığı Ölkələri üçün Elektron Demokratiya Konfransı"nda təmsil olunub

Azərbaycan "Şərq Tərəfdaşlığı Ölkələri üçün Elektron Demokratiya Konfransı"nda təmsil olunub
# 25 noyabr 2019 18:00 (UTC +04:00)

Ukraynada “Şərq Tərəfdaşlığı Ölkələri üçün Elektron Demokratiya Konfransı” keçirilib. Tədbirdə ölkəmiz Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, GIZ Beynəlxalq Alman Əməkdaşlıq Təşkilatı, İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq İctimai Birliyinin nümayəndələrindən ibarət heyətlə təmsil olunub.

APA-Economics”in Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirin “Rəqəmsal transformasiya” adlı 1-ci panelində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov Azərbaycanda rəqəmsallaşma üzrə həyata keçirilən islahatlar barədə məlumat verib. O, ölkədə xidmətlərin elektronlaşdırılması, açıq kodlu hökumət məlumatlarının pulsuz istifadə üçün təqdim edildiyi “Open Data” portalı və Azərbaycanda rəqəmsal infrastruktur üçün yaradılan “G-cloud” barəsində çıxış edib.

Tədbirin “Demokratiyada etika” adlı 2-ci panelində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Gülsel Səfərova ölkədə vətəndaşlara göstərilən xidmətlərdə şəffaflığın artırılması üçün yaradılmış “Asan xidmət” mərkəzləri və bu modelin tətbiq olunduğu və əməkdaşlıq edilən xarici ölkələr barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR