Azərbaycanda dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb

Azərbaycanda dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb
# 03 fevral 2020 14:42 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı ötən ilin dekabr ayı ilə müqayisədə 26,8% azalaraq 388 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, yanvar ayı ərzində mərkəzə daxil olan sorğulardan 97%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, yanvar ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 13 domen və 6 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 31 hesabat təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR