Bakı Limanı və Avstriya şirkəti arasında anlaşma memorandumu imzalanıb

#
# 11:31
13 mart 2020

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Avstriyanın "Rail Cargo Group" şirkəti arasında Avropa-Asiya və əks istiqamətdə yük daşımaların artırılması barəsində anlaşma memorandumu imzalanıb.

Bakı Limanından "APA-Economics"ə verilən məlumata görə, memorandumu Bakı Limanının Baş direktoru Taleh Ziyadov və "Rail Cargo Group" Müşahidə Şurasının üzvü Tomas Kargl imzalayıblar.

Məlumata əsasən, sənəd Bakıda keçirilən "Xəzər dənizində Yaşıl Limanların və Bağlantıların Təşviqi" Hökumətlərarası İşçi Qrupunun iclası zamanı imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR