Bakının Xətai rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının Xətai rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq
# 30 yanvar 2020 09:22 (UTC +04:00)

Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov küçəsində yeni çəkilmiş su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 30 yanvar 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR