Dövlət başçısı: “Bakı-Tbilisi-Qars dəmiryolu qitələri birləşdirir”

Dövlət başçısı: “Bakı-Tbilisi-Qars dəmiryolu qitələri birləşdirir”
# 30 noyabr 2019 17:08 (UTC +04:00)

“Bizim enerji layihələrimiz digər layihələrə də yol açdı. İki il əvvəl əziz qardaşım Ərdoğanla birlikdə Bakıda Bakı-Tbilisi-Qars dəmiryolunun açılışını etdik. Hazırda Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə həm Azərbaycan yükləri, həm Orta Asiya ölkələrinin yükləri, həm Əfqanıstan yükləri, həm Çin yükləri daşınır. Bu dəmiryolu qitələri birləşdirir. Necə ki, bizim boru xətlərimiz...”

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı digər layihənin elektrik enerjisinin ötürülməsi olduğunu bildirib: “Artıq Azərbaycan Türkiyə və Gürcüstana elektrik enerjisini ixrac edir. Əgər enerji layihələri olmasaydı, bu bölgədə, yaşadığımız bölgədə sabitlik olmasaydı, qarşılıqlı dəstək, anlaşma olmasaydı, bunların biri də həyata keçməzdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR