RIPE təşkilatı internet protokolun yeniləməsinə qarşı çıxıb

RIPE təşkilatı internet protokolun yeniləməsinə qarşı çıxıb
# 24 aprel 2020 11:14 (UTC +04:00)

RIPE NCC qeyri-kommersiya təşkilatı Çin hökumətinin və şirkətlərinin əsas internet protokollarını modernləşdirmək təklifinə qarşı çıxıb.

"APA-Economics” “Securitylab”a istinadən xəbər verir ki, bundan əvvəl Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi, "Huawei" və Çin operatorları “China Unicom”la “China Telecom” Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) TCP/IP protokolunu yeni IP ilə əvəz etməyi təklif ediblər.

Hesab edilir ki, yeni İP mövcud TCP/IP standartından daha səmərəli ünvanlama və şəbəkə idarəetməsi təklif etsə də, avtoritar rejimlərin vətəndaşlarına senzura və nəzarət etməsinə imkan yarada bilər. Misal üçün şəbəkəni idarə edən mərkəz müəyyən ünvana daxil olan və göndərilən məlumatları şəbəkədən ayıra bilər.

RIPE nümayəndələrinin sözlərinə görə, internet protokollarını yeniləmək üçün hər hansı bir təklif İnternet Mühəndisliyi Şurasının (Internet Engineering Task Force, IETF) ixtiyarına buraxılmalıdır. RIPE-də hesab edirlər ki, bu kimi məsələlər ITU-ya buraxılmamalıdır, çünki bu təşkilat texniki baxımdan əsaslandırılan arqumentlərə deyil, siyasi fikirlərə əsaslanır.

Bunu nəzərə alaraq, RIPE milli internet idarəetmə təşkilatlarını yerli orqanlar ilə əlaqə yaratmağa və Çin hökuməti tərəfindən 2021-ci ilin əvvəlində sınaqdan keçirilməsini təklif etdiyi bu texnologiyaya qarşı səs verməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR