Rusiyada mobil telefonların İMEİ qeydiyyatı məcburi ola bilər

Rusiyada mobil telefonların İMEİ qeydiyyatı məcburi ola bilər
# 28 aprel 2020 10:16 (UTC +04:00)

1 iyul 2021-ci il tarixindən etibarən Rusiyada məcburi qaydada mobil telefonların İMEİ qeydiyyatı tətbiq edilə bilər. “APA-Economics” “Kommersant”ın yaydığı məlumata istinadən xəbər verir ki, hazırda istifadədə olan cihazların qeydiyyatı pulsuz, yeni mobil telefonların sahibləri üçün isə xidmət ödənişli olacaq.

Hazırlanan qanun layihəsinin müəllifləri İMEİ-kod qeydiyyat haqqını 100 rubl təyin etməyi təklif ediblər. Lakin buna dair qərarın hökumət tərəfindən veriləcəyi bildirilir. Cihazların qeydiyyatı idxalçılar və vətəndaşlar tərəfindən aparılacaq.

Qeydiyyatdan keçməyən telefonların mobil operatorlar tərəfindən bloklanmasına icazə veriləcək. Beləliklə, qanun layihəsinin müəllifləri oğurluq və qaçaqmalçılıqla mübarizə aparmaq niyyətindədirlər. Hazırda qanun layihəsi prezident administrasiyasında son təsdiqlənmə mərhələsindədir, daha sonra isə sənəd Rusiya Dövlət Dumasına təqdim edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR