"Subaru" Yaponiyada istehsalı dayandırır

#
# 11:43
1 aprel 2020

Yaponiyanın avtomobil istehsalçısı olan "Subaru" koronavirus pandemiyası səbəbindən Tokionun şimalındakı Qumma prefekturasında istehsal zavodunu bağlayır.

"APA-Economics"in "Kyodo" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, konveyerlər təxminən 3 həftəlik dayandırılacaq: aprelin 11-dən mayın 1-dək. Agentliyin hesablamalarına görə, bu müddət ərzində şirkət 70 min avtomobil istehsal edə bilərdi.

Buna baxmayaraq, avtomobil korporasiyası fəaliyyəti dayandırılmış müəssisədə çalışanların iş yerləri qorunub-saxlayacaq.

Qeyd edək ki, müvəqqəti bağlanan müəssisədə məşhur "Impreza" və "Forester" modelləri istehsal edilir. Bu modellər həm daxili, həm də Şimali Amerika bazarlarında satılır. Şirkətin qlobal satışlarının 70%-i məhz bu müəssisənin payına düşür.

Xatırladaq ki, martın 23-də "Subaru" ABŞ-dakı zavodunu aprelin 7-dək bağlayıb, lakin bu müddət aprelin 20-dək uzadıla bilər.

"Subaru" Yaponiyada istehsalını dayandıran yeganə avtomobil şirkəti deyil. Belə ki, "Toyota", "Nissan" və "Honda” şirkətləri də analoji tədbirlər görüb. Ümumilikdə, hazırda Yaponiyada 2 235 nəfər koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR