Aydın Kərimov: “Şuşanın enerji təchizatının ən etibarlı və müasir formada qurulması üçün işlər sürətlə davam edir”

Şuşanın enerji təchizatı üçün iş aparılır

© APA | Şuşanın enerji təchizatı üçün iş aparılır

# 21 oktyabr 2021 16:41 (UTC +04:00)

Şuşa şəhərinin əsas enerji təchizatının ən etibarlı və müasir formada qurulması üçün işlər sürətlə davam edir.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.

A. Kərimov qeyd edib ki, “Azərişıq” ASC tərəfindən eyni zamanda hər biri 5 MV olan 5 transformator yarımstansiyası tikilir, boru içində ümumi uzunluğu 30 km olan 35 kV yeraltı kabellər çəkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR