Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb
# 21 may 2021 09:56 (UTC +04:00)

Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 34,6 mln. ton yük, 355 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,8% və 22,4% azalma qeydə alınıb.

Məlumata görə, sərnişinlərin 92,1%-i avtobus, 7,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat dövründə yük dövriyyəsi 20,6%, sərnişin dövriyyəsi isə 18,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR