Azərbaycanda əhali bu il 252 mln. manatlıq qaz istifadə edib

Azərbaycanda əhali bu il 252 mln. manatlıq qaz istifadə edib
# 24 avqust 2021 17:28 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhali istehlakçıları üzrə istifadə olunmuş qaz sərfiyatının dəyəri 251 564 592,69 manat təşkil edib və yüz faiz ödənilib.

"APA-Economics”in məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyevin “Facebook” hesabında bildirib.

“Bu onu göstərir ki, “Azəriqaz” İB olaraq vətəndaşa xidmət məsuliyyətimiz nə qədərdirsə, abonentlərin də ödənişlə bağlı məsuliyyət yükü bir o qədərdir. İstismar müddəti bitən əvvəlcədən ödənişli sayğacların sonradan ödənişli sayğaclarla əvəzlənməsi prosesi başlayanda qəribə bir fikir formalaşdı. Bəzilərinin proqnozuna görə bu keçid guya ödənişlərə təsir edəcəkdi. Əsas arqument də bu idi ki, əhalinin əksər hissəsinin sonradan ödənişli sayğaclara qarşı xüsusi bir inamsızlığı var və bu da ödənişlərdən imtinaya səbəb olacaq. Sizinlə bölüşdüyüm statistika – yəni 100 faizlik ödəniş deyilənləri alt-üst etdi”, - R. Əliyev qeyd edib.

O əlavə edib ki, 1 avqust 2021-ci il tarixə olan statistikaya görə əhali istehlakçılarının sayı 2 372 660 abonent təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR