Azərbaycanda fişinq hücumlarının sayı artıb

Azərbaycanda fişinq hücumlarının sayı artıb
# 02 noyabr 2021 12:12 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycanın ".az" domenində olan saytların hər 12-si nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ümumilikdə, Azərbaycan saytlarının 3 180-i fişinq hücumunun qurbanı olub.

Bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 8,3%-ni təşkil edir. Bu göstərici üzrə oktyabr ayı ərzində sentyabrla müqayisədə 34,3% artım müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 38,1 mindən çox sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, ay ərzində Ukraynada hər 167, Rusiyada 20, Belarusda 507, Latviyada 100, Litvada 159, Estoniyada 456, Qazaxıstanda 340, Özbəkistanda 41, Tacikistanda 150, Qırğızıstanda 450, Gürcüstanda 147, Ermənistanda isə 248 sayta bir uğurlu fişinq hücumu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR