Azərbaycanda rəqəmsal demoqrafiyanın formalaşması tədqiq olunur

Azərbaycanda rəqəmsal demoqrafiyanın formalaşması tədqiq olunur
# 16 may 2021 15:18 (UTC +04:00)

Azərbaycanda Big data mühitində rəqəmsal demoqrafiyanın formalaşmasının xüsusiyyətləri tədqiq olunur.

"APA-Economics" AMEA İnformasiya Texnologiyaları İnstitutunun yaydığı məlumata istinadən xəbər verir ki, demoqrafik tədqiqatların fundamental məsələlərinə doğum, ölüm və miqrasiya daxildir.

Demoqrafik tədqiqatlar üçün yeni verilənlər mənbələrindən istifadə olunur ki, bu mənbələr rəqəmsallaşdırılmış və kraudsorsinq verilənlər mənbələri, sosial şəbəkə verilənləri və internet vasitəsilə ilkin verilənlərin toplanması növlərinə ayrılır.

Rəqəmsal verilənlər sağlamlıq və ölümlə bağlı detalların öyrənilməsinə, ölüm səbəblərinin başa düşülməsinə imkan yaradır. Həmçinin mobil telefonlarda zəng qeydləri, sosial şəbəkələrdə geolokasiya verilənləri, reklam platformasından alınan verilənlər də miqrantların sayını dəqiq müəyyən etməyə kömək edir.

Bu məsələlərdə yeni doğulanların sayı, doğuma təsir edən bioloji və sosial amillər, ölüm hallarına səbəb olan yoluxucu və həyat tərzi xəstəlikləri, müharibə, təbii fəlakətlər, bununla yanaşı əmək qabiliyyətli əhalinin daimi və nizamsız hərəkəti, miqrant kateqoriyaları, sığınacaq axtaranlar və s. amillər nəzərə alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR