Azərbaycanla Türkiyə arasında rəqəmsal transformasiya sahəsində əməkdaşlıq müzakirə olunub

Rəşad Nəbiyev Yavuz Emir Beyribeylə görüşüb

© APA | Rəşad Nəbiyev Yavuz Emir Beyribeylə görüşüb

# 11 iyun 2021 18:18 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribeylə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə Rəşad Nəbiyev "Facebook" hesabında yazıb.

Nazir qeyd edib ki, görüşdə rəqəmsal transformasiya sahəsində müzakirələr aparılıb.

“Bu istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsinə xüsusi maraq göstərdiyimizi bildirdim. Görüş zamanı, həmçinin fərdi məlumatların mühafizəsi sahəsində ölkələrimizin milli qanunvericiliyinin uyğunlaşdırılması məsələlərini müzakirə etdik”, - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR