"Azəriqaz" Quba sahibkarlarının problemlərini dinləyib - FOTO

"Azəriqaz" Quba sahibkarlarının problemlərini dinləyib - FOTO
# 11 noyabr 2021 18:31 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin sahibkarlara dəstəyi davam edir. Bu məqsədlə “Açıq mikrofon” aksiyası çərçivəsində Quba rayonunda sahibkarlarla növbəti dəfə görüş keçirilib.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Sahibkarları maraqlandıran bütün suallara yerindəcə aydınlıq gətirilib.

Məlumata görə, çıxış edən sahibkarlar “Səyyar qəbul otağı” nın imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərin həlli istiqamətində onlara köməklik olunmalarını xahiş ediblər. “Səyyar qəbul otağı” sahibkarlarla yanaşı, Quba rayonunun ayrı-ayrı kəndlərindən bu ünvana üz tutan vətəndaşların da ixtiyarında olub. Kənd sakinləri qazlaşmayan bir sıra yeni yaşayış massivlərinin, genişlənən ərazilərin və bəzi kəndlərin qazlaşmasını xahiş ediblər. Bütün müraciətlər qeydə alınaraq Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacaq.

Qeyd edək ki, bu gün baş tutan aksiya sayca 28-ci, sahibkarlarla isə sayca 8-ci görüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR