"Azeriqaz"ın rəhbəri jurnalistlərlə görüşəcək

"Azeriqaz"ın rəhbəri jurnalistlərlə görüşəcək
# 18 noyabr 2021 11:28 (UTC +04:00)

"Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 19 noyabr saat 11:00-da başlayacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Hər bir media qurumu bu tədbirə dəvətlidir.

Məlumata görə, ünvanlanan sualları "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev cavablandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR