Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlləri yenilənib - FOTO

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlləri yenilənib - FOTO
# 17 may 2021 18:02 (UTC +04:00)

18 may tarixindən etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, cədvəllərdə dəyişiklik Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub. Belə ki, pandemiya şəraiti ilə əlaqədar fəaliyyəti dayandırılmış Bakı-Gəncə qatarı müvəqqəti olaraq sözügedən istiqamətlərdə sərnişinlərə xidmət göstərəcək.

Bu isə Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların sayını artıracaq. Yeni cədvəlləri təqdim edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR