BTQ ilə yükdaşımaların həcmi 1 mln. tonu ötüb

BTQ ilə yükdaşımaların həcmi 1 mln. tonu ötüb
# 08 iyun 2021 13:14 (UTC +04:00)

Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti ilə yükdaşımaların həcmi 1 mln. tonu keçib.

"APA-Economics"in məlumatına görə, bunu "Anadolu" agentliyinə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

"Fəaliyyətə başladıqdan bu günə qədər Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük dövriyyəsi 1,007 mln. ton təşkil edib ki, yüklər 16 279 vaqonda 19 646 konteynerlə daşınıb. Bunlardan 393 min tonunu ixrac, 614 min tonu isə idxal yüklər təşkil edib", - nazir bildirib.

A. Karaismailoğlunun sözlərinə görə, idxalda mühüm yeri tranzit daşımaları tutur.

Nazir yeni növ koronavirus pandemiyası fonunda dəmiryol nəqliyyatının ticarətin davamlılığını təmin etməyə imkan verən nəqliyyatın ən prioritet növlərindən biri olduğunu xatırladıb.

"2020-ci ilin yanvar-may aylarında BTQ üzrə yük dövriyyəsi 236 052 ton və ya 3 551 vaqon təşkil edib. Bu ilin eyni dövründə yük dövriyyəsi 19% artıb – 280,878 tona və ya 4 507 vaqonadək. BTQ ilə Gürcüstan, Qazaxıstan, Türkmənistan, Çin, Azərbaycan, Özbəkistan, Rusiya, Qırğızıstan və Tacikistana ixrac da artdı. Cari ilin ilk beş ayında ixrac 64 378 ton və ya 1 160 vaqon, 1 246 konteyner təşkil edib", - deyə nazir qeyd edib.

Qeyd edək ki, BTQ 2017-ci il oktyabrın 30-da istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR