"Hökumət buludu"na keçidlə bağlı daha 7 dövlət qurumu ilə müzakirələr aparılıb

"Hökumət buludu"na keçidlə bağlı daha 7 dövlət qurumu ilə müzakirələr aparılıb
# 25 may 2021 10:02 (UTC +04:00)

Azərbaycanda daha 7 dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Metrologiya İnstitutunun, Azərbaycan Turizm Bürosunun, Gənclər və İdman Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Hacıqabul Rayon İcra Hakimiyyətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Görüşdə "Hökumət buludu Konsepsiyası"na aid resursların daşınması, köçürülmə tarixinin müəyyən edilməsi, fiziki serverlər və digər məsələlər barədə iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, qeyd olunan məsələyə dair bu günədək ümumilikdə 29 qurumun nümayəndələri ilə görüşlər baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR