İşğaldan azad olunan ərazilərdə bu il 13 avtomat hidroloji stansiya qurulacaq

Rauf Hacıyev

© APA | Rauf Hacıyev

# 12 oktyabr 2021 10:08 (UTC +04:00)

Bu il Azərbaycanın işğaldan azad olunan ərazilərində su ehtiyatlarına nəzarət üçün 13 avtomat hidroloji stansiyanın qurulması nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

Onun sözlərinə görə, ölkənin mineral su ehtiyatlarının təxminən 40%-i Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında yerləşir.

"Burada təbii mineral sular müalicəvi məqsədlərlə istifadə oluna bilər. Bölgənin ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal sulardan istifadə isə böyük əhəmiyyət kəsb edir", - deyə R. Hacıyev qeyd edib.

Nazir müavini əlavə edib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində su ehtiyatlarının bərpası istiqamətində mühüm işlər həyata keçirilir, ərazidəki su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil edilir.

"İşğal nəticəsində infrastrukturu sıradan çıxarılan hidrometeoroloji məntəqələrdə tezliklə müasir avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə müşahidələrin bərpası planlaşdırılır. Həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, bir neçə böyük göl və təbii mineral bulaqlar yerləşir. Buradakı zəngin yerüstü və yeraltı su ehtiyatlarından həm əhalinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının inkişafı və elektrik enerjisi istehsalı üçün böyük istifadə potensialı var", - deyə nazir müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR