Odessa-Gəncə aviareysi üzrə uçuşlara başlanılıb

Odessa-Gəncə aviareysi üzrə uçuşlara başlanılıb
# 06 dekabr 2021 17:01 (UTC +04:00)

Bu gündən etibarən Ukraynanın "Bees Airline" aşağıbüdcəli (loukoster) aviaşirkəti Azərbaycana uçuşlarını həyata keçirməyə başlayıb.

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, aviadaşıyıcı həftədə bir dəfə olmaqla (bazar ertəsi) "Odessa" beynəlxalq hava limanından Gəncəyə uçuşlar yerinə yetirir.

Odessa-Gəncə-Odessa reysinin cədvəlinə əsasən, Odessadan uçuş yerli vaxtla saat 09:00-da, Gəncəyə eniş saat 13:20-də, Gəncədən uçuş saat 14:20-də, Odessaya eniş isə saat 15:00-da həyata keçirilir. Bir istiqamətə biletin minimal qiyməti 85 ABŞ dolları təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR